Xəbər lenti

Boksçuların Bakıya gəlməsi üçün peyğəmbərə müraciət olundu
İdman14:40 03.05.2016

Boksçuların Bakıya gəlməsi üçün peyğəmbərə müraciət olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Malavi Boks Assosiasiyası (MBA) özünü həmin ölkədə peyğəmbər elan etmiş Şeferd Buşiridən Bakıya getmək üçün kömək umur.

Qaynarinfo.az xəbər verir ki, onlar heç olmasa 5 həvəskar boksçusunun bu il Rio Olimpiadasında iştirak etməsi üçün bu yola son ümid kimi baxırlar.

MBA-nın baş katibi Elia Kamfinda Banda bildirib ki, "Allah Adamı"na kömək üçün müraciət ediblər: "Biz mümkün olan hər yolu sınadıq. Ancaq görünür ki, ümid yoxdur. Ona görə də əsas "Allah Adamı" olan Peyğəmbər Buşirinin bizə kömək edə biləcəyinə dair çox nikbinik".

Bakıya səfər üçün bu quruma ən azı 23,4 milyon kvaça (bizim pulla təxminən 51 min manat - red.) lazımdır. Bu qədər pul uçuş bileti, sığorta, oteldə məskunlaşma və viza xərcləri üçündür.

"Bu xərclər 5 boksçu, 1 məşqçi və 2 federasiya rəsmisi üçündür. Həmçinin bu pula ya CAR-da, ya da Zambiyada təlim-məşq toplanışı keçmək də daxildir. Oyunlar isə gələn ayın ortalarında (14-26 iyun - red.) keçiriləcək", deyə Banda bildirib.

Maraqlısı bundadır ki, MBA 20 ildən çoxdur ki, mövcud olmasına baxmayaraq, ofisi olmayan qurumdur və Malavi Milli İdman Şurasına tabe olan assosiasiyadır. Bu qurum yaxınlarda Livonde şəhərində yerli çempionat təşkil edib. Hansı ki bu yerli çempionatda iştirak edən gənc boksçular Malaviyə medal qazandırmağa namizəddirlər.

Dekabrda isə MBA Malavi Olimpiya Komitəsi və Beynəlxalq Boks Assosiasiyası ilə birgə 1 ulduzlu kurs təşkil edib. Ancaq qurum bu kurslardan 2100 dollardan yuxarı pul qazana bilməyib.

Assosiasiya rəsmisi Buşiridən pul gözləməklə bərabər, əlavə gəlirlərə də ümid etdiyini söyləyib: "Baxmayaraq ki, biz 23,4 milyon kvaçanı "Allah Adamı"ndan gözləyirik, ancaq dua edirik ki, bəlkə 10 milyon kvaçanı inzibati xərclər üçün başqa mənbələrdən tapdıq".

Onu da bildirək ki, Şeferd Buşiri Afrika Millətlər Kubokunda Qvineya ilə qarşılaşmazdan öncə Malavi millisinə 44 milyon kvaça (96113 manat - red.) köməklik edib.

Qaynarinfo.az