
Peşəkar boksçumuz Fariz Məmmədov dünən gecə Almaniyada Avropa çempionluğu uğrunda revanş görüşünə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, Fariz WBCA və WBO versiyaları üzrə Avropa kəməri uğrunda alman boksçu Markus Pelklə qarşılaşıb və qələbə qazanıb.
Fariz 4-cü raundda rəqibini nakauta salıb.
Xatırladaq ki, keçən ilin dekabrında Bakıda keçirilən ilk döyüşdə Fariz zədə səbəbindən döyüşü yarımçıq başa vuraraq texniki məğlubiyyət alıb.
Qaynar.info

