
Pensiya şərtlərinin yaxşılaşdırılmasını istəyən minlərlə boliviyalı paytaxt La Pasda küçəyə çıxıb.
Həmkarlar ittifaqlarının da dəstək verdiyi aksiyada polislə nümayişçilər arasında toqquşma olub.
Təhlükəsizlik gücləri nümayışçilǝri dağıtmaq üçün göz yaşardıcı qaz və plastik güllədən istifadə edib.
Boliviyada həftələrdir nümayiş keçirǝn fǝhlǝlǝr pensiya qanununun dəyişdirilməsini və təqaüdə çıxdıqları vaxt pensiyalarının hamısının ödənilməsini tələb edirlər. Hökumət isə onlara pensiyalarının 81 faizini verməyi vəd edir.
Qaynar.info