Bolqarıstan polisi korrupsiya ittihamı ilə altı il həbsə məhkum edilən Rumıniyanın keçmiş turizm naziri Yelena Udryanı saxlayıb.
Qaynarinfo xəbər verir ki, bu, Rumıniya hüquq-mühafizə orqanlarının müraciəti əsasında baş verib.
Sabiq nazir "Kulata” keçid məntəqəsi yaxınlığında saxlanılıb.
"Ruminya polsinin müraciəti əsasında bu ölkədən çıxan avtomobilin araşdırılması xahiş edilib. Həmin avtomobil Bolqarıstan-Yunanıstan sərhədindəki "Kulata” sərhəd-keçid məntəqəsi yaxınlığında aşkarlanıb və həbs qərarı əsasında 24 saat saxlanılıb",-deyə məlumatda bildirilir.
Rumıniya xüsusi xidmət orqanlarının məlumatına görə, Udrya vəzifəsində olarkən müxtəlif şirkətlərdən 1,1 milyon avrodan çox rüşvət alıb. Sabiq nazir barəsində ekstradisiya prosesi başlanacaq.