ABŞ-ın sabiq prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib ki, o, başqa ölkələrdə dövlət çevrilişi cəhdlərinin planlaşdırılmasına kömək edib.
Bu barədə Qaynarinfo "The Guardian”a istinadən xəbər
verir.
NN-ə müsahibəsində Bolton Trampın 2020-ci il seçkilərindən sonra hakimiyyətdə qalmaq cəhdini çevriliş kimi qələmə verməyin düzgün olmadığından deyib.
Jurnalist Cek Tapperin "Dövlət çevrilişi etmək üçün ağıllı olmaq lazım deyil” fikrinə o belə cavab verib: "Başqa yerlərdə dövlət çevrilişi planlaşdırmağa kömək etmiş bir adam kimi bununla razılaşmıram. Bu, çox böyük zəhmət tələb edən işdir və Tramp bunu etmədi. Sadəcə bir fikirdən digərinə atladı”.
Tapper yenidən Boltonun çevrilişləri planlaşdırmağa kömək etdiyi barədə söylədiyi fikirlərə qayıdıb.
"Mən konkret məlumatlara toxunmaq fikrində deyiləm”, deyə Bolton cavab verib.
Tapperin "çevrilişlər uğurlu olub?" sualına Bolton belə cavab verib: "Mən öz kitabımda Venesuela haqqında yazmışdım. Bu cəhd uğurlu alınmadı”.
"Birləşmiş Ştatlar həqiqətən də 20-ci əsrin əvvəllərindən bəri çoxlu çevrilişlərə və xarici hökumətlərin devrilməsinə sponsorluq edib və onda iştirak edib. Bolton Nikaraquada, İraqda, Haitidə və başqa ölkələrdə son vaxtlar aparılan bir çox proseslərdə şəxsən iştirakçı olub", "Kapitalizmin qanqsterləri” kitabının müəllifi Conatan M Katz özünün "The Racket” adlı məqaləsində belə yazıb.
Nurlan