
ABŞ-ın Arizona ştatının polisi kustar üsulla partlayıcı maddə hazırlayan məktəblini həbs edib.
Qaynar.info-nun məlumatına görə, 18 yaşlı Coşua Prater partlayıcı maddəni saxlamaq və bomba hazırlamaqda ittiham olunur.
Polis bildirib ki, bomba partlayış həddində olmasa da, real təhlükə yaradırdı.
Məktəblinin ələ keçməsində evdə işləyən xidmətçinin rolu olub. Xidmətçi otağı yığışdırarkən bombaya rast gəlib və dərhal yanğınsöndürmə xidmətinə zəng vurub.
Qaynar.info