Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson gələn həftə COVID-19 ilə bağlı sorğu-sual olunacaq.
Qaynarifno "Politico"ya istinadən xəbər verir ki, tədbirlər çərşənbə və cümə axşamı günləri baş tutacaq.
Sabiq baş nazir pandemiya zamanı hökumətin qəbulu eydiyi bəzi qərarlarla bağlı sualları cavablandıracaq.
"Politico" qeyd edir ki, belə bir inkişaf keçmiş baş nazir üçün çətinliklər yarada bilər. Çünki o, vəzifədən getdikdən sonra pandemiya zamanı hökumətin siyasətlərini şübhə altına alan keçmiş köməkçilərin və məmurların tənqidi açıqlamalarına məruz qalır.
Daha əvvəl, 2020-ci ilin martında məhdudlaşdırıcı tədbirlərin tətbiqindən əvvəl Consonun o vaxtkı maliyyə naziri Rişi Sunak ilə görüş keçirdiyi bildirilirdi. İclasda Consonun Britaniya iqtisadiyyatına zərər verə biləcəyi qorxusuna görə sərt məhdudlaşdırıcı tədbirlərdən mənfi danışdığı iddia edilir.
İyunun 15-də Böyük Britaniya Parlamenti apardığı araşdırmada Consonun karantin qaydalarını pozan tədbirlərlə bağlı bəyanatlarla deputatları dəfələrlə qəsdən aldatdığı qənaətinə gəlib.
Aydın
Şərhlər