Xəbər lenti

Boris Conson “Putinin simasını qorumaq” istəyənlərə cavab verdi: "Mənəvi iyrənclik..."
Dünya13:25 09.06.2022

Boris Conson “Putinin simasını qorumaq” istəyənlərə cavab verdi: "Mənəvi iyrənclik..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qərb Kiyevi Rusiya prezidentinin diktə etdiyi sülh şərtlərini qəbul etməyə məcbur edə bilməz.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniyanın baş naziri Boris Conson deyib. 
Baş nazir Boris Conson cümə axşamı deyib ki, Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində yaranmış qeyri-sabitliyi tez bir zamanda aradan qaldırmaq mümkün deyil, lakin müharibənin iqtisadi nəticələri zamanla azalacaq.
Şimali Blekpul şəhərində çıxış edən Conson bildirib ki, indi Ukraynaya dəstəyi dayandırmağın vaxtı deyil və qaz, neft, taxıl və gübrə qiymətləri artsa da, Qərb Kiyevi Rusiya prezidenti Vladimir Putinin diktə etdiyi sülh şərtlərini qəbul etməyə məcbur edə bilməz.
"Hə, mən bilirəm ki, əlbəttə, bu ölkədə yox, başqa yerdə ukraynalıları dəstəkləməyin çox baha başa gəldiyini və Ukraynanın Putinin qoyduğu istənilən şərtləri qəbul etməyə təşviq etmək lazım olduğunu iddia edən insanlar var. Mən bizim bu varianta həqiqətən açıq olduğumuza inanmıram”,- Conson deyib. 
İqtisadi çətinliklər isə Consona görə keçicidir. 
"Zaman keçdikcə Ukraynadakı müharibənin iqtisadi nəticələrinin azalacağına inanıram”,- deyə o bildirib.
"Görünür, neft və qazın qiyməti bir müddət yüksək qalacaq və eyni şey taxıl, yem və gübrəyə də aiddir”, - Conson deyib.
Baş nazir bildirib ki, bəzi insanlar Ukraynanı dəstəkləməyin qiymətinin çox baha başa gəldiyini iddia edir, lakin Ukraynadan imtina etmək "mənəvi iyrənclik” olar və Rusiya prezidenti Vladimir Putini həvəsləndirər.
Conson, qarşısı alınmasa, Rusiya digər keçmiş sovet respublikalarına da hücum edə bilər. 
"Putin bıçağı yaranın içində burmağa davam edə bilər, timsah daha çox şey üçün geri qayıdacaq və o, təcavüz və zorakılığının öz bəhrəsini verdiyini iddia edəcək. Bu isə Ukrayna və onun hücum edə biləcəyi keçmiş Sovet İttifaqının bütün digər hissələri üçün fəlakət olardı”, - deyə o bildirib.
Nurlan Hüseynov