Xəbər lenti

Boris Conson Rusiyanın Ukraynada qələbə çalması ehtimalını real hesab edir
Dünya10:00 23.04.2022

Boris Conson Rusiyanın Ukraynada qələbə çalması ehtimalını real hesab edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniyanın baş naziri Boris Conson etiraf edib ki, Rusiya qüvvələrinin Ukraynaya işğalı zamanı qalib gəlməsinin "real ehtimalı” var.
Qaynarinfo "Sky News”a istinadla xəbər verir ki, Qərb kəşfiyyatının Rusiyanın Ukraynadakı müharibədə uğur qazana biləcəyinə dair məlumatlarına istinad edən Conson deyib:
"Kədərli olan odur ki, bu, real ehtimaldır”.
"Putinin böyük ordusu var, o, çox çətin siyasi vəziyyətdədir, çünki o, fəlakətli səhvə yol verib. Onun indi yeganə variantı ukraynalıları məhv etmək üçün artilleriyadan istifadəni davam etdirməkdir".
"İndi o, Mariupolda quru dəhlizinin təhlükəsizliyini təmin etməyə çox yaxındır. Mən qorxuram ki, indiki mərhələdə vəziyyəti öncədən proqnozlaşdırmaq mümkün deyil. Biz bu baxımdan realist olmalıyıq", - Conson əlavə edib.
Yeni Dehlidə mətbuat konfransı zamanı çıxış edən Britaniyanın baş naziri bildirib ki, ukraynalılar müharibə zamanı "inanılmaz qəhrəmanlıq” göstəriblər, Putinin "nə qədər hərbi üstünlüyə malik olmasından asılı olmayaraq” o, "Ukrayna xalqının ruhuna qalib gələ bilməyəcək”.
Baş nazir həmçinin Britaniyanın Ukrayna qüvvələrinə daha çox artilleriya göndərəcəyini bildirib və Britaniya səfirliyinin Kiyevdə fəaliyyətini bərpa edəcəyini təsdiqləyib.
Bundan əvvəl Boris Conson Ukraynada müharibənin 2023-cü ilin sonuna qədər davam edə biləcəyi ilə bağlı "real ehtimalın” olduğunu bildirmişdi.
Alpər