Xəbər lenti

Boris Conson xəstəxanadan çıxdı
Dünya15:28 12.04.2020

Boris Conson xəstəxanadan çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün xəstəxananı tərk edərək evə buraxılıb.
Qaynarinfo xəbər verir ki, məlumata görə, 55 yaşlı Baş Nazir dərhal işə qayıtmayacaq.
Qeyd edək ki, martın 27-də Birləşmiş Krallığın hökumət başçısı Boris Consonun koronavirusa yoluxduğu məlum olub. Həmin gündən etibarən özünü izolyasiya edən Baş Nazir aprelin 3-də hərarətinin düşmədiyini, öskürəyinin dayanmadığını bildirib. Aprelin 5-də xəstəxanaya yerləşdirilən Boris Conson ertəsi gün reanimasiyaya köçürülüb.