Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, Rusiya Federasiyasının tammiqyaslı işğalının başlanqıcında Ukrayna prezidenti Vladimir Zelenskiyə Böyük Britaniyada sığınacaq təklif edib, lakin o, bundan imtina edib.
Qaynarinfo xəbər verir ki, Britaniya lideri bu barədə "Sunday Times” qəzetinə müsahibəsində danışaraq, Ukrayna prezidenti və onun ailəsinə sığınacaq verilməsinin müzakirə olunduğunu qeyd edib.
Baş nazirin sözlərinə görə, Zelenski həmişə Ukraynada qalacağını və soydaşlarının yanında qalmağın onun vəzifəsi olduğunu açıqlayıb. Conson ona heyran olduğunu da bildirib.
"O, çox cazibədar oğlandır, eyni zamanda bir çox insanlar üçün ilham mənbəyi və qəhrəman hərbi lider olduğunu da sübut etdi", - Conson deyib.
Xatırladaq ki, Rusiya Federasiyasına genişmiqyaslı işğalın əvvəlində ABŞ hakimiyyətinin Zelenskiyə lazım gələrsə, evakuasiyaya köməklik etməyi təklif etdiyi, lakin onun bundan imtina etdiyi bildirilmişdi.