Britaniya Baş naziri Boris Consonun Hindistana səfərinin məqsədi onu Qərb-Rusiya qarşıdurmasında Qərbə tərəf çəkməkdir.
Qaynarinfo bu barədə "Aljazeera” saytının məlumatına istinadən xəbər
verir.
Britaniya baş naziri Boris Consonun Hindistan səfərində qarşısına qoyduğu əsas hədəflər Hindistanı Qərbə tərəf çəkmək, onun Rusiya nefti və silahından asılılığını kəsməkdir.
"Avtoritar ölkələr tərəfindən sülh və rifahımıza təhdidlə üzləşdiyimiz bir vaxtda demokratiyalar və dostların bir yerdə olması lazımdır”, - deyə səfər öncəsi Conson deyib.
Hindistanın qlobal səhnədə Rusiyaya qarşı koalisiyaya qoşulmaması Qərb dövlətlərini hərəkətə gətirib. Onlar Hindistanın mövqeyini dəyişməyə çalışırlar.
Hindistan Rusiyadan əsasən neft və silah alır.
Keçən həftə Amerika prezidenti Co Bayden Hindistan Baş naziri Modidən Rusiyadan aldığı nefti azaltmağını istəyib.
Consonun sözcüsü bildirib ki, nazir Norandi Modiyə silahlar və enerji məsələsində alternativ seçimlər təklif edəcək.
Ancaq Hindistanın Rusiya ilə münasibətdə mövqeyini dəyişəcəyinə inam yoxdur.
"Heç kim Hindistanı Rusiya məsələsində mövqeyini dəyişdirməyə müvəffəq olmayıb, Conson da olmayacaq”, - Uilson Mərkəzinin Eskperti Mişel Kuqelman deyib.
Nurlan Hüseynov