Aİ diplomatiyasının rəhbəri Cosep Borrel Macarıstanın baş naziri Viktor Orbanın Moskvaya səfərinə reaksiya verərək qeyd edib ki, bu, yalnız Macarıstan və Rusiya arasında ikitərəfli münasibətlər çərçivəsində baş verir.
Qaynarinfo xəbər verir ki, bu barədə onun rəsmi bəyanatında
deyilir.
O, Macarıstanın hazırda 31 dekabr 2024-cü il tarixinədək Aİ Şurasına rotasiya əsasında sədrlik edən Aİ üzvü dövlət olduğunu xatırladıb və bunun Aİ Şurasının prezidentinin dövlət və ya hökumət səviyyəsində cavabdeh olduğu Aİ-nin heç bir xarici təmsilçiliyini nəzərdə tutmadığını vurğulayıb.
Borrel vurğulayıb ki, Orban Moskvaya səfəri üçün Aİ Şurasından heç bir mandat almayıb.
"Aİ-nin Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi ilə bağlı mövqeyi Aİ Şurasının bir çox qənaətlərində öz əksini tapıb. Bu mövqe Aİ ilə prezident Putin arasında rəsmi əlaqələri istisna edir. Beləliklə, Macarıstanın baş naziri Aİ-ni heç bir formada təmsil etmir”, - Borrel bildirib.
O, həmçinin xatırladıb ki, Rusiya prezidentin Vladimir Putinə qarşı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən ittiham irəli sürülüb və uşaqların Ukraynadan Rusiyaya məcburi deportasiyasındakı roluna görə həbs qərarı verilib.
Xatırladaq ki, Orban rəsmi olaraq Moskvaya cümə günü, iyulun 5-də gəlib.
Rusiyanın TASS agentliyi onun Putinlə görüşəcəyini yazıb.
Bundan əvvəl bəzi KİV Orbanın Rusiyaya ehtimal edilən səfəri barədə yazıb. Polşanın baş naziri Donald Tusk buna reaksiya verib.
"Moskvaya səfərinizlə bağlı şayiələr doğru ola bilməz, elə deyilmi Viktor Orban?" - o, cümə axşamı, iyulun 4-də X sosial şəbəkəsində yazıb.
Aİ Şurasının prezidenti Şarl Mişel də xatırladıb ki, iyulun 1-dən Avropa Şurasına sədrlik edən Macarıstanın Aİ adından Rusiya ilə danışıqlar aparmaq üçün mandatı yoxdur.
Nizami Bağırov
Şərhlər