Putin Ukraynada qalib gəlsə, dayanmayacaq. O, hakimiyyətdə qalmaq üçün ordusunu və xalqını qurban verməyə hazırdır.
Qaynarinfo xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Cosep Borrel Estoniyanın EFE nəşrinə müsahibəsində
deyib.
Borrel xəbərdarlıq edib ki, Putin "sərhədlərinin harada bitib başladığını bilməyən qonşudur”.
Ukraynanın mümkün məğlubiyyəti "Avropa sərhədində Rusiya ordusunun” olması demək olardı”, - o vurğulayıb.
"Bu, o deməkdir ki, Putin bir dəfə qalib gəlibsə, niyə qonşusunu ikinci dəfə məğlub edə bilməsin deyə düşünə bilər” – Borrel bildirib.
Onun sözlərinə görə, "Ukraynanın köməyə ehtiyacı olduğu fikrini bölüşməyənlər və onun mümkün qədər tez təslim olmasının daha yaxşı olacağını fikirləşənlər”, çünki "bu yolla biz problemlərdən xilas olacağıq”.
"Sizcə, Rusiya Ukraynada Belarusda olduğu kimi bir oyuncaq rejim qursa və rus qoşunları Polşa ilə sərhəddə olsa, biz bəlalardan qurtulacağıq, yoxsa böyük problemlərimiz olacaq”, - deyə o, sual edib.
Borrel əmindir ki, Putin "mümkün olan hər şeyi edəcək və öz ordusunu və xalqını qurban verməyə hazırdır”, Ukrayna ordusu isə "böyük maddi və insan itkiləri verir və heç bir əhəmiyyətli ərazi irəliləyişi əldə etməyib”.
Borrell qeyd edib ki, Ukrayna döyüş meydanında əks-hücum keçirə bilməyib, çünki o, "güclü Rusiya müdafiəsi” ilə üz-üzədir və Moskva "müdafiədədir”.
"Sizcə, Putin müharibəyə başladıqdan sonra bir anlıq belə təsəvvür edə bilərdimi ki, iki ildən sonra olduğu yerdə olacaq? Xeyr, o, ordusunun çox güclü olduğunu düşünürdü. Heç də belə deyil. Fikirləşdi ki, Ukrayna çox zəifdir, parçalanacaq. Bu baş vermədi. O, Avropa birliyinin iflasa uğrayacağını düşünürdü. Transatlantik birliyin pozulacağını düşünürdü. Bunların heç biri baş vermədi”, - Borrel bildirib.
Nizami Bağırov