Xəbər lenti

Borrell: "Mənim Brüsseldə mənim şəxsi sursat anbarım yoxdur”
Dünya15:09 14.11.2023

Borrell: "Mənim Brüsseldə mənim şəxsi sursat anbarım yoxdur”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Avropa İttifaqının öz sursat anbarı yoxdur, ona görə də assosiasiya ölkələri mərmiləri Ukraynaya çatdırmalıdır".
Qaynarinfo xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Cozep Borrell Aİ ölkələrinin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib.
"1 milyona yaxın mərmi məsələsi ilə bağlı biz Aİ ölkələrinin hansı mərhələdə olduğunu diqqətlə təhlil etməliyik. Mənim Brüsseldə mənim şəxsi sursat anbarım yoxdur”, deyə Borrel bildirib.
Siyasətçi Aİ-nin vəd etdiyi kimi 2024-cü ilin martına qədər Ukraynaya 1 milyon artilleriya mərmisi verə biləcəyi ilə bağlı sualı belə cavablandırıb.
Borrelin sözlərinə görə, Ukraynaya tədarükün artırılması sənaye ilə üzv ölkələr arasında qarşılıqlı əlaqə məsələsidir. O, təklif edib ki, tədarük olunan döyüş sursatının həcmini artırmaq üçün sənayeçilərə daha ​​yaxşı satış bazarı təmin etməklə istehsalı Kiyevə yönləndirmək lazımdır.
Avropa diplomatiyasının rəhbəri əlavə edib ki, Aİ ölkələri artıq Ukraynaya hərbi anbarlardan 300 mindən çox mərmi ötürüb və daha çoxunu əldə etmək çətindir.
Aydın