Dortmund "Borussiya"sının norveçli hücumçusu zədə səbəbindən daha 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb "Real", PSJ, "Mançester Siti" kimi komandaların yaxından izlədiyi hücumçunun yenidən zədələnməsi olub. Yanvardan bəri oynaya bilməyən futbolçunun daha bir ay yaşıl meydanlarda olmayacağı açıqlanıb.
Cari mövsümdə forma geyindiyi 20 oyunda 23 qola imza atan 21 yaşlı futbolçunun "Barselona" ilə danışıqlar apardığı bildirilmişdi.
Səbuhi Həsənov