"Bosch”un Rusiya bölməsi məişət texnikası üzrə bütün satış menecerlərini işdən çıxarıb və biznesin Türkiyənin investisiya fondu "Can Holdinq”ə satılması ilə bağlı danışıqlar aparır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” öz mənbələrinə istinadən məlumat
yayıb.
Nəşr yazır ki, türk şirkəti daha çox pul təklif etdiyi üçün Çinin "Hisense” şirkəti danışıqlardan çıxıb. Əməliyyatın məbləği açıqlanmayıb.
"Bazar iştirakçıları hesab edirlər ki, yeni sahibi Rusiya Federasiyasındakı "Bosch” müəssisələrində təkcə öz brendləri altında avadanlıq istehsalına deyil, həm də üçüncü tərəf markaları üçün müqavilə istehsalına başlayacaq. Onların fikrincə, son alıcı avropalı istehsalçıların çinli oyunçulara ehtiyatlı münasibəti və türk istehsalçılarına texnoloji yaxınlığı səbəbindən seçilib”, - nəşr yazır.
Xatırladaq ki, Ukraynanın tammiqyaslı işğalı başlayandan sonra Türkiyənin digər məişət texnikası istehsalçısı "Arçelik” ABŞ istehsalçısı "Whirlpool”dan Lipetskdə üç fabrik alıb. O zaman Rusiya biznesinin dəyəri 20 milyon avro qiymətləndirilirdi.
Nizami Bağırov