
ABŞ-ın Boston şəhərində baş vermiş terror aktında şübhəli bilinən Tamerlan və Cevher Çarnayev qardaşlarının atası və anası Çeçenistandan çıxarılıb.
Qaynar.info-nun məlumatına görə, Çeçenistan lideri Ramzan Kadırovun televiziya vasitəsilə etdiyi çıxışdan sonra Çarnayev ailəsi hökumət rəsmiləri tərəfindən ölkədən çıxarılıb.
Kadırov çıxışında, "Onlar ən pis şeytandırlar. Onları heç vaxt müdafiə etmərəm, onlara dəstək olmaq üçün bir kəlmə də söyləmərəm" deyib.
Qeyd edək ki, terror aksiyasından sonra ata Anzor və ana Zübeydat Dağıstandakı evlərində jurnalistlərin nəzarətində olduqları üçün Çeçenistana köçmüşdülər. Lakin ailə Kadırovun əmri ilə ailə oradan da çıxırıldı.
Qaynar.info