Xəbər lenti

BP-nin mənfəəti rekord səviyyədə azaldı
Dünya12:39 29.10.2024

BP-nin mənfəəti rekord səviyyədə azaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın ən böyük neft şirkətlərindən biri olan "British Petroleum"un (BP) mənfəəti üçüncü rübdə 30% azalaraq 2,3 milyard dollar təşkil edib. Bu, dörd ilin minimumu hesab edilir.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir. 
BP-nin mənfəətinin belə kəskin azalmasının əsas səbəbləri arasında analitiklər neft emalının rentabelliyinin və neft ticarətinin nəticələrinin azalmasını göstərirlər.
"British Petroleum"un səhmlərinin qiyməti 2024-cü ilin əvvəlindən bəri artıq 15% ucuzlaşıb. Müqayisə üçün deyək ki, bu dövrdə rəqib "Shell"in qiymətli kağızları cəmi 2% azalıb, "Exxon Mobil"in səhmləri isə 19% artıb.
Oktyabrın əvvəlində BP rəhbərliyi əsas məqsədlərindən biri - 2030-cu ilə qədər neft və qaz hasilatını azaltmaqdan imtina etdiyini elan edib. Şirkət həmçinin aşağı karbonlu hidrogen enerjisinə investisiyaları azaldıb və ABŞ-da qurudakı külək aktivlərini satmağı planlaşdırdığını bildirib.
Aydın