Bakıda üç nəfəri BP şirkətinə işə düzəltmək vədi ilə aldadaraq dələduzluq əməlinə yol verməkdə ittiham edilən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcələsinin 1782.2-ci maddəsi ilə mühakimə olunan Saleh adlı təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsirli bilinib və ona 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli qismində saxlanılıdğı 2 gün müddət 1 günə 2 gün hesablanmaqla təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
İş materiallarından aydın olur ki, zərərçəkmişlər əvvəldən Salehi tanıyıblar. Əvvəlcə onlardan biri - Vasif Yaqubov ortaq tanışları vasitəsi ilə Salehlə əlaqə qurub. Saleh onu BP şirkətində sürücü vəzifəsinə düzəldə biləcəyini deyib. Bunun müqabilində isə Vasif Yaqubovdan 5000 manat pul tələb edib. Zərəçəkmiş ona 3000 manat verərək pulun yerdə qalanını da işə düzəldikdən sonra alacağını bildirib.
Həmin ərəfədə Vasif Yaqubov qardaşı Asif Yaqubov da işə düzəlmək istəyib. Saleh onu da BP şirkətinə anbardar vəzifəsinə düzəldə biləcəyini deyib. Bu iş üçün də 3500 manat alıb.
Daha sonra Vasif Yolçuyevin Ceyhun adlı dostu da işə düəzlmək istəyib. Saleh onu da BP şirkətinə sürücü vəzifəsinə düzəldəcəyini bildirib və bunun müqabilində 4700 manat pul alıb. Lakin o verdiyi vədi yerinə yetirməyib.
Zərəçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıblar. Saleh məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, əlavə edib ki, həyat yoldaşı onkoloji xəstə olduğundan aldığı pulları onun müalicəsinə sərf edib.
Seyid
Şərhlər