Xəbər lenti

"BP"nin idarə heyətinə yeni sədr seçildi
Ekonomiks13:01 26.04.2018

"BP"nin idarə heyətinə yeni sədr seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngilis neft şirkəti "British Petroleumun" (BP) idarə heyətinə yeni sədr seçilib.
Qaynarinfo xarici KİV-ə istionadən xəbər verir ki, bu vəzifəyə Helge Land gətirilib. O, yeni vəzifəsinin icrasına 2019-cu il yanvarın 1-də başlayacaq.
Qeyd edək ki, şirkətin hazırda idarə heyətinin sədri Karl Henrik Svanberqdir.
Eyni zamanda Danimarkada "Novo Nordisk" şirkətinin də idarə heyətinin sədri olan Land sentyabrın 1-dən etibarən "BP"nin idarə heyətinin iclaslarına sədrliyə namizəd kimi qatılacaq.
Qeyd edək ki, 55 yaşı olan Helqe Land 2004-cü ildən 2014-cü ilə qədər "Statoil" şirkətində rəhbər və baş menecer vəzifələrində çalışdıqdan sonra 2015-2016-cı illərdə "BG Group"da baş menecer vəzifəsini icra edib.
Çingiz Səfərli