Xəbər lenti

Braziliya çempionatının matçında xoşagəlməz hadisə
İdman09:27 12.11.2021

Braziliya çempionatının matçında xoşagəlməz hadisə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Braziliya çempionatında "Atletiko" və "Korintians" arasında baş tutan görüş zamanı stadionun tribunalarında xoşagəlməz hadisə yaşanıb.
Qaynarinfo xəbər verir ki, oyun zamanı ölkənin gündəminə düşən təcavüz hadisəsi baş verib. Tribunalarda azarkeşik edən Debora Kotta adlı 25 yaşlı qadın matçın fasiləsində içki almağa gedərkən yolda yanına gələn bir adam tərəfindən təcavüzə uğrayıb. O, bunu Braziliya mətbuatına açıqlamasında deyib. Kotta şikayət etməsinə rəğmən hələ bir nəticə olmadığını söyləyib. Qadın azarkeş başqa bir həmcinsinin də yardımı sayəsində təcavüzçünün əlindən qurtulduğunu deyib.
Həmin qarşılaşmada təcavüzə uğrayan təkcə Kotta olmayıb. "Atletiko" tərəfdarlarından biri, 21 yaşlı tələbə Karinne Markis Gimarayeş də hücuma məruz qalıb. Bir müddət təqib edilən və fiziki təcavüzə uğrayan Karrine də polisə şikayət edib.
Səbuhi Həsənov