Braziliya millisinin sabiq baş məşqçisi Luis Felipe Skolari məşqçilik karyerasını bitirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Brziliya Futbol Konfederasiyası məlumat yayıb. Açıqlamada 2002-ci ildə "Sambaçılar"ı dünya çempionluğuna daşıyan Skolarinin təqaüdə çıxdığı bildirilib. Əfsanəvi məşqçiyə həmin illər ərzində gördüyü işlərə görə təşəkkür bildirilib.
Luis Felipe Skolari karyerası ərzində 27 titul qazanıb. Onun rəhbərliyi altında 55 oyunda meydana çıxan Braziliya millisi bunların 38-ni qələbə ilə başa vurub. O, beynəlxalq yarışlarda Braziliyaya ən çox qələbə qazandıran mütəxəssisdir.
Braziliya ilə yanaşı Portuqaliya millisinin də baş məşqçisi olmuş Skolari İngiltərədə "Çelsi"ni də çalşdırıb. Onun son klubu Braziliyada "Atletiko Paranenese" olub.
Səbuhi Həsənov