İdman 12:41 07.12.2022

Braziliya millisinin hücumçusu üçün dünya çempionatı bitdi

Dünya çempionatında zədələnən və turnirdən kənarda qalan Qabriel Jesusun dizindən əməliyyat olunacağı açıqlanıb.

Qaynarinfo-nun məlumatına görə Kamerunla oyunda dizindən zədələnən hücumçu üç ay yaşıl meydanlardan uzaq qalacaq.

Bu, İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizə aparan "Arsenal" üçün də pis xəbər deməkdir. Jesus Mikel Artetanın rəhbərlik etdiyi komandanın "Mançester Siti" də daxil olmaqla vacib oyunlarında meydana çıxa bilməyəcək.

Bu mövsüm Premyer Liqada 14 oyun keçirən 25 yaşlı hücumçu 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Səbuhi Həsənov