Braziliyada yeni tip koronavirusa qarşı alınan məhdudlaşdırıcı tədbirlər səbəbindən həbsxanalarda üsyanlar olub.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ölkənin cənubunda yerləşən Sao Paulo əyalətinin Monqaqua, Tremembe, Mirandopolis ve Porto Feliz şəhərlərindəki həbsxanalarda koronavirusla mübarizə çərçivəsində ailə görüşləri və müvəqqəti buraxılışlar ləğv edilib. Bu səbəbdən məhkumlar yanğın çıxarıblar. Ümumilikdə 1350 məhkum həbsdən qaçıb. Qaçanlardan 41-nin saxlanıldığı deyilir, digərlərinin də axtarışları davam etdirilir.
Camal