Xəbər lenti

Braziliyada körpü uçdu
Dünya14:58 07.04.2019

Braziliyada körpü uçdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Braziliyanın Para əyalətində körpü uçub.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, körpünün 200 metrlik hissəsi uçaraq Moju çayına düşüb. Hadisə zamanı körpüdəki 2 maşın çaya düşüb, həmçinin çaydakı bərə də körpü dağıntısının altında qalaraq batıb. Bərədəki 5 nəfər xilas edilib. Avtomobillərdə neçə nəfərin olduğu və onların aqibəti barədə məlumat yoxdur. Axtarış-xilasetmə tədbirləri davam etdirilir. 
Gülşən