Xəbər lenti

Braziliyada Olimpiya Oyunları öncəsi terror təhlükəsi - 10 nəfər saxlanıldı
Dünya18:00 21.07.2016

Braziliyada Olimpiya Oyunları öncəsi terror təhlükəsi - 10 nəfər saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Braziliya polisi Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunları zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 10 nəfəri saxlayıb.

RİA Novosti xəbər verir ki, bu barədə Braziliyanın ədliyyə naziri Alexandre Moraes məlumat verib.

Bir qədər əvvəl isə Reuters Agentliyi iyulun 21-də səhər saatlarında başlayan antiterror əməliyyatı çərçivəsində terror aktı hazırlamaqda şübhəli bilinən bir qrup şəxsin saxlanıldığı haqda informasiya yayıb. Agentliyin məlumatına əsasən, əməliyyat ölkənin 9 ştatında aparılıb.

Braziliya prezidentinin vəzifələrini icra edən Mişel Temer kabinetin təcili iclasını çağırıb.(Azvision.az)

Qaynarinfo.Az