Braziliyada aramsız yağışlar torpaq sürüşməsinə səbəb olub.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin Sao Paulo əyalətinin Osasko şəhərində meydana gəlib. Nəticədə bir neçə ev torpaq altında qalıb. Hadisədə yaralanan 3 nəfər xəstəxanaya yerləşdirilib.
Yerli mətbuatına yazdığına görə, bölgədə müşahidə edilən yağışlar son 37 ilin ən güclü yağıntısıdır.
Təbii fəlakət anbaan görüntülənib. Sosial şəbəkələrdə paylaşılan videonu təqdim edirik: