Xəbər lenti

Braziliyanın yeni prezidenti and içdi (FOTOLAR)
Dünya08:09 02.01.2019

Braziliyanın yeni prezidenti and içdi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Braziliyanın yeni prezidenti Jair Bolsonaro and içərək vəzifəsinin icrasına başlayıb.
Qaynarinfo xəbər verir ki, paytaxt Braziliyada keçirilən mərasimdə İsrailin baş naziri Benyamin Netanyahu, Macarıstan baş naziri Viktor Orban, Portuqaliya prezidenti Marselo Rebelo de Sousa, ABŞ dövlət katibi Mayk Pompeo təmsil edib. ABŞ prezidenti Donald Tramp "Twitter" hesabı vasitəsilə Bolsonaronu təbrik edib. 
Yeni prezident mərasimdə ölkədə korrupsiya və rüşvətxorluqla mübarizə aparacağına, ayrıseçkiliyin olmadığı cəmiyyət quracağına, həyat səviyyəsinin yüksəldiləcəyinə söz verib.
Qeyd edək ki, sağ radikal cinahın nümayəndəsi olan Jair Bolsonaro populist mövqeyi, qalmaqallı açıqlamaları ilə tanınır. 
Gülşən