Xəbər lenti

Brejnevin ailəsi səfalət içində - VİDEO
Dünya10:32 02.10.2013

Brejnevin ailəsi səfalət içində - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SSRİ-nin liderlərindən olan Leonid Brejnevin nəvəsi Viktoriya Brejneva və nəticəsi Qalina Brejneva acınacaqlı vəziyyətdə yaşayır.

Anspress-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, mərhum liderin nəvəsi Viktoriya Brejneva və onun qızı Qalina Brejneva 10 ildir ki, psixiatrik klinikada yaşayır. Onların nə qalmağa yeri, nə də yaşamağa maddi imkanları var.

Maraqlısı budur ki, indi nəticə Qalina Brejnevanın yatdığı palatada, nə vaxtsa onun nənəsi Qalina Brejneva da yatıb və elə orada da vəfat edib. Rusiyanın ORT kanalından yayımlanın "Pust qovoryat" ("Пусть говорят") proqramı Brejnevlər ailəsinin həyatı haqqında hər kəsin marağına səbəb olan veriliş hazırlayıb.

Qaynar.info