Xəbər lenti

"Brent" neftinin qiyməti 66 dollardan aşağı düşdü
Ekonomiks18:50 13.11.2018

"Brent" neftinin qiyməti 66 dollardan aşağı düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Brent" markalı Şimal dəniz neftinin 2019-cu ilin yanvar ayı üçün olan fyuçersinin dəyəri 5,89 faiz aşağı düşərək bir barel üçün 65,99 dollar təşkil edib.
"Report” TASS-a istinadən xəbər verir ki, bu qiymət Londonun ICE birjasında keçirilən hərraclar zamanı məlum olub.
Bu növ neftin qiyməti sonuncu dəfə cari ilin mart ayının 19-da bir barelə görə 66 dollar səviyyəsindən aşağı olub.
Bundan əvvəl neftin qiyməti 68 dollardan aşağı düşüb.