Xəbər lenti

"Brexit"dən sonra ilk dəfə: Britaniya böyük ticarət blokuna qoşulur
Dünya07:29 16.07.2023

"Brexit"dən sonra ilk dəfə: Britaniya böyük ticarət blokuna qoşulur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniya hökuməti böyük Hind-Sakit okean blokuna - Trans-Sakit Okean Tərəfdaşlığı üzrə Hərtərəfli və Proqressiv Sazişə qoşulmaq haqqında saziş imzalayıb. 
Qaynarinfo "Sky News"a istinadən xəbər verir ki, bu, Brexit-dən sonra ən böyük ticarət sazişidir.
"Sky News" xəbər verir ki, krallığın biznes və ticarət naziri Kemi Badenok Yeni Zelandiyada Trans-Sakit Okean Tərəfdaşlığı üzrə Hərtərəfli və Proqressiv Sazişə qoşulmaq haqqında Protokolu imzalayıb.
Bu ticarət bloku 2018-ci ildə yaradılıb. Buraya Avstraliya, Bruney, Kanada, Çili, Yaponiya, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur və Vyetnam daxildir. Böyük Britaniya regional ticarət blokuna qoşulan ilk Avropa ölkəsi olub. Sazişə qoşulmaq idxal tariflərini azaltmaqla iştirakçı ölkələrlə ticarəti artıracaq.
Biznes və ticarət naziri Kemi Badenokun sözlərinə görə, saziş "milyardlarla funt-sterlinq əlavə ticarət gətirəcək, həmçinin 500 milyondan çox əhalisi olan bazara çıxışı açacaq”.
Böyük Britaniyanın bu ticarət blokuna qoşulması ilə bağlı danışıqlar iki il davam edib. Müqavilə nəhayət 2024-cü ilin ikinci yarısında qüvvəyə minəcək və bundan sonra Böyük Britaniya səsvermə hüququna malik üzv olacaq.
Aydın