Xəbər lenti

BRICS-ə eyni anda bir neçə ölkə dəvət oluna bilər - FT
Dünya 15:18 21.08.2023

BRICS-ə eyni anda bir neçə ölkə dəvət oluna bilər - FT

Cənubi Afrika Respublikasında keçiriləcək sammitdə BRICS-ə bir neçə ölkə dəvət oluna bilər. Namizəd dövlətlərin siyahısı hələ də gizli saxlanılır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Bildirilir ki, 23 ölkə BRICS-ə qoşulmaq üçün rəsmi müraciət edib. Nəşrin həmsöhbəti 23 ölkənin hamısının eyni anda birliyə dəvət olmasını mümkün hesab etmir. Sammitdə yeni üzvlərin qəbulu üçün meyarların razılaşdırılacağı gözlənilir.

Nəşrin məlumatına görə, BRICS-in genişləndirilməsi ilə bağlı müzakirələr fonunda ittifaqı təkcə iqtisadi deyil, həm də siyasi qüvvə kimi görmək istəyən Çinlə buna qarşı çıxan Hindistan arasında mübahisə yaranıb. Belə ki, Çin qarşıdan gələn Yohannesburq sammitində BRICS həmkarlarını assosiasiyanı G7-nin tamhüquqlu, geosiyasi rəqibinə çevirməyə çağıracaq. Lakin Pekin və Yeni Dehli arasında assosiasiyanın inkişaf etməkdə olan ölkələrin iqtisadi maraqlarını müdafiə etmək üçün neytral klub və ya açıq şəkildə Qərbə qarşı çıxmalı olan siyasi qüvvə olması ilə bağlı mübahisə yaranıb.

Pekindəki mənbə qeyd edib ki, BRICS-in genişlənməsi halında təşkilat G7-nin ÜDM-də payına bərabər olacaq.

Nəşrin digər məlumatına görə, BRICS ölkələri arasında dolların hökmranlığından narazılıqlar artsa da, vahid valyuta gündəmdə deyil.

Qeyd edək ki, BRICS Braziliya, Rusiya, Hindistan, Çin ve Cənubi Afrika Respublikasının daxil olduğu beynəlxalq təşkilatdır. 

Nizami Bağırov


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->