Böyük Britaniya silahlı qüvvələrinin rəhbəri, admiral ser Toni Radakin bildirib ki, Rusiya ordusu Ukraynada döyüş qabiliyyətinin yarısını, o cümlədən 2500-ə qədər tankı itirib.
Bu barədə Qaynarinfo Financial Times-a istinadən xəbər
verir.
"Rusiya ordusunun döyüş qabiliyyətinin demək olar ki, yarısını itirib”, - Radakin bildirib.
Onun sözlərinə görə, Rusiya ötən il 10 milyon artilleriya mərmisi atıb, lakin ən yaxşı halda ildə bir milyon mərmi istehsal edə bilir.
"O, 2500 tank itirib və ən yaxşı halda ildə 200 tank istehsal edə bilər", - Britaniya silahlı qüvvələrinin şefi vurğulayıb.
Nizami Bağırov