Xəbər lenti

Britaniya Çinlə əlaqələri kəsəcək? - XİN başçısından açıqlama
Dünya10:06 17.09.2023

Britaniya Çinlə əlaqələri kəsəcək? - XİN başçısından açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniya xarici işlər naziri Ceyms Kleverli deyib ki, siyasi fikir ayrılıqlarına və casus qalmaqallarına baxmayaraq, London Pekinlə əlaqə saxlamaqdan imtina etməməlidir. 
Qaynarinfo xəbər verir ki, XİN rəhbəri bu barədə "Sky News"a müsahibəsində danışıb.
"Çinə məhəl qoymamağı, onun olmadığını iddia etməyi, onunla danışmamağı, Pekində səfirliyin və Böyük Britaniyada Çin səfirliyinin olmamasının tərəfdarı olan insanlar var. Bu, alternativ deyil”, deyə nazir bildirib.
O qeyd edib ki, Çin və Böyük Britaniya arasında münasibətlər çətin görünür, lakin belə bir şəraitdə şəxsi əlaqələri saxlamaq lazımdır.
Bundan əvvəl Britaniya Çini dövlət qulluqçularını casusluğa cəlb etməkdə ittiham edib. Hökumət hesabatına görə, Çin casusları həssas məlumatlara daxil olmaq üçün əməliyyatlar çərçivəsində Britaniya rəsmilərini işə cəlb etməyə çalışırlar.
"The Times” qəzeti Britaniya polisinin parlament əməkdaşını Çinin xeyrinə casusluqda şübhəli bilinərək saxladığını bildirmişdi. Polis terrorla mübarizə əməkdaşları şübhəli şəxsi Edinburqda saxlayıb və onun Londondakı mənzilində axtarış aparıblar. Hüquq-mühafizə orqanlarının nümayəndələrinin sözlərinə görə, müttəhim əvvəllər Çində yaşayıb və onun orada işə cəlb olunması ehtimalı var.
Aydın