Böyük Britaniya Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda terror təhlükəsi səviyyəsini maksimuma qaldıra bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" mənbələrə
istinadən yazır.
Bildirilir ki, Britaniyanın MI5 əks-kəşfiyyat xidməti terror təhlükəsinin səviyyəsini artırmaq imkanlarını nəzərdən keçirir.
"Rəsmilər hökumətin terror təhlükəsi səviyyəsini "kritik" - maksimum xəbərdarlıq səviyyəsinə qaldırıb-qaldırmamağı düşünürlər”, deyə məlumatda bildirilir.
Nəşrin məlumatına görə, bunun üçün təhlükə səviyyəsinin 2019-cu ildə elan edilmiş hazırkı "əhəmiyyətli" səviyyəsindən iki pillə yüksəldilməsi tələb olunacaq. Sonuncu dəfə "kritik" səviyyə 2017-ci ildə London metrosunda baş verən partlayışdan sonra tətbiq edilib.
Aydın