Böyük Britaniya hərbi kəşfiyyatı 2023-cü ildə Ukraynaya qarşı müharibədə Rusiya qüvvələri arasında gündəlik itkilərin artacağını qeyd edir və bu sürətlə ümumi rəqəmin 2025-ci ilə qədər 500 min həddini keçəcəyini proqnozlaşdırır.
Qaynarinfo
xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı 30 dekabr tarixli kəşfiyyat icmalında deyilir.
Britaniya kəşfiyyatı qeyd edir ki, 2023-cü ildə öldürülən və yaralananlar arasında Rusiyada orta gündəlik itkilər 2022-ci ildəkindən daha yüksək olmaqla, demək olar ki, 300-ə çatıb.
"Ukrayna tərəfinin bildirdiyi gündəlik itkilərin sayının bu qədər artması, demək olar ki, 2022-ci ilin sentyabrında ehtiyatda olan hərbçilərin "qismən səfərbərliyindən” sonra Rusiya qüvvələrinin deqradasiyası və onların daha aşağı keyfiyyətli və daha çox sayda "kütləvi ordu”ya çevrilməsinin sübutudur. Çox güman ki, yüksək peşəkar və təcrübəli bölmələrdən ibarət koqortun bərpası üçün 5-10 il vaxt lazımdır”, - kəşfiyyat qeyd edir.
Analitiklər qeyd edirlər ki, itkilərin hazırkı tempi 2024-cü ilə qədər davam edərsə, 2025-ci ilə qədər Rusiyanın ölən və yaralananlar üzrə itkiləri yarım milyonu keçəcək.
Kəşfiyyat xatırladır ki, Əfqanıstandakı 9 illik müharibədə SSRİ təxminən 70 min insan itirmişdi.
Alpər