Böyük Britaniya Müdafiə Nazirliyi ilk dəfə olaraq Şotlandiyanın Hebridean poliqonunda hava hədəflərinə qarşı "DragonFire" yönümlü enerji lazer silahı sistemini sınaqdan keçirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Gələcəyin qabaqcıl hərbi lazeri ilk dəfə Böyük Britaniyada sınaqdan keçirilib", deyə məlumatda bildirilir.
Hökumət lazer topunun məsafəsini dəqiqləşdirməsə də, onun "görünən istənilən hədəfi" vura biləcəyini deyib. Lazerin işlənməsinin dəyəri hər atış üçün 10 funt-sterlinqdən (12,68 dollar) çox deyil.
"Dəqiqlik bir kilometr məsafədən 1 funt-sterlinqlik sikkəni vurmağa bərabərdir", deyə mətbuat xidməti qeyd edib.
Aydın