Xəbər lenti

Dünya 12:59 27.09.2022

Britaniya kəşfiyyatı: "Rusiya Ukrayna torpaqlarının ilhaqını rəsmən elan edə bilər"

Britaniya kəşfiyyatı bildirir ki, Rusiya prezidenti Vladimir Putin cümə günü, sentyabrın 30-da Rusiya parlamentinin hər iki palatası qarşısında çıxışı zamanı Rusiya ordusu tərəfindən işğal olunmuş Ukrayna ərazilərinin ilhaqını elan edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Avropa həqiqəti”nə istinadən Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.

"Putinin öz çıxışından Ukraynanın işğal olunmuş rayonlarının Rusiya Federasiyasının tərkibinə daxil olduğunu rəsmən elan etmək üçün istifadə etməsi real ehtimaldır”, deyə Britaniya kəşfiyyatı qeyd edib və xatırladıb ki, bu ərazilərdə keçirilən "referendum” bu gün - 27 sentyabrda başa çatmalıdır: 

"Rusiya rəhbərliyi, demək olar, buna ümid edir ki, ilhaq barədə istənilən elan "xüsusi hərbi əməliyyata” haqq qazandırmaq və münaqişəyə vətənpərvərlik dəstəyini gücləndirmək kimi qiymətləndiriləcək”, - icmalda deyilir.

Bununla belə, Britaniya kəşfiyyatının fikrincə, Rusiyanın son döyüş meydanındakı uğursuzluqları və ötən həftə elan edilmiş qismən səfərbərliklə bağlı əhəmiyyətli narahatlıq barədə daxili məlumatların artması bu istəkləri sarsıda bilər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->