Britaniya kraliçası 2-ci Yelizavetanın 3 il istifadə etdiyi "Jaguar Daimler V8 Super LWB" markalı avtomobil hərracda satılıb.
Milli.Az AHT-yə istinadən bildirir ki, avtomobil 40500 funt-sterlinqə alınıb.
Surrey hərracından verilən məlumata görə, avtomobildə kraliçanın birbaşa baş nazirlə əlaqə saxlaması üçün quraşdırılmış xüsusi telefon artıq işlək deyil.