Xəbər lenti

Britaniya kraliçasının dəfn mərasimi başa çatdı
Dünya18:58 19.09.2022

Britaniya kraliçasının dəfn mərasimi başa çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasimi başa çatıb.
APA-nın Britaniya bürosunun xəbərinə görə, bu gün Kraliça II Elizabetin Londonda keçirilən dövlət dəfn mərasimindən sonra, onun tabutu Vindsor Sarayına gətirilib.
Kraliçanın qurğuşun tabutu bu axşam dəfn edilməzdən əvvəl Krallıq Məqbərəsinə endirilib. Bununla da Kraliçanın dəfn mərasiminin ictimaiyyətə açıq tərəfi başa çatıb.
Qrinviç saatı ilə 19.30-da ailə arasında şəxsi dəfn mərasimi keçirildikdən sonra, Kraliça mərhum əri Edinburq hersoqu Filipin yanında torpağa tapşırılacaq.