Britaniya Müdafiə Nazirliyi hesab edir ki, Kiyevin ələ keçirilməsi Rusiyanın Ukraynaya qarşı müharibəsində hələ də əsas prioritetdir.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən "Twitter” səhifəsində məlumat yayıb.
Xüsusilə, Kiyevin şimalında şiddətli döyüşlərin davam etdiyi qeyd edilir.
"Rusiya qoşunlarının şimal-şərqdən Ukrayna paytaxtına doğru irəliləməsi dayanıb. Qostomel istiqamətindən şimal-qərbə doğru irəliləyən qüvvələr Ukrayna müqaviməti ilə dəf edilib. Rusiya qüvvələrinin əsas hissəsi şəhər mərkəzindən 25 km-dən çox məsafədə dayanıb”, - məlumatda deyilir.
"Düşmənin irəliləyişi dayandırmasına baxmayaraq, Kiyev Rusiyanın əsas hərbi hədəfi olaraq qalır və çox güman ki, onlar yaxın həftələrdə şəhəri mühasirəyə almaq onlar üçün prioritet olacaq”, - Britaniya departamenti əlavə edib.
Bundan əvvəl Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinad edərək, rus qoşunlarının hələ də Nikolayevdən yan keçməyə, qərbə doğru irəliləməyə çalışdığını bildirmişdi.