Xəbər lenti

Britaniya MN ordunun maaşlarını artırmaq üçün 3000 mülki işçini ixtisar edəcək - "Sky News"
Dünya09:48 15.07.2023

Britaniya MN ordunun maaşlarını artırmaq üçün 3000 mülki işçini ixtisar edəcək - "Sky News"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Britaniya Müdafiə Nazirliyi 3000 mülki işçini ixtisar etmək və yeni məmurların işə qəbulunu müvəqqəti dayandırmaq niyyətindədir. İdarə ordunun maaşlarının artırılmasını bu yolla maliyyələşdirməyi planlaşdırır. 
Qaynarinfo xəbər verir ki, bu barədə mənbələrə istinadən "Sky News" telekanalı məlumat yayıb.
Yeni mülki işçilərin işə götürülməsinin dayandırılması barədə daha əvvəl Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Silahlı Qüvvələr naziri Ceyms Hippi bildirib. Nəşr qeyd edir ki, o, bu barədə maaş məsələsinin həllinin təfərrüatlarından danışarkən qeyd edib.
"Sky News" mənbəsinin sözlərinə görə, yeni işçilərin işə qəbulu bir neçə həftə dayandırılacaq, bundan sonra "nəzarət altında işə qəbul” üçün bərpa olunacaq.
"Sky News" mənbələri də bildiriblər ki, agentlik kadr büdcəsini 5% (2-3 min işçi) azaltmağı planlaşdırır. Onların sözlərinə görə, ixtisar təbii aşınma səbəbindən baş verəcək - idarə bəzi vakant yerləri bağlamağı, lakin işçilərini ixtisar etməməyi planlaşdırır.
Telekanal qeyd edir ki, rəsmi statistikaya görə, Böyük Britaniya Müdafiə Nazirliyinin 60 minə yaxın mülki işçisi var.
Bu həftə Böyük Britaniya hökuməti hərbçilərin maaşlarının 5% artırılacağını, onlara əlavə 1000 funt-sterlinq də ödəniləcəyini açıqlamışdı. Baş nazir Rişi Sunak da bəzi departamentlərin hərbi maaşların artırılmasını maliyyələşdirmək üçün öz büdcələrindən pul tapmalı olduğunu söyləyib.
Aydın