Rusiyanın artıq "Vaqner" özəl hərbi şirkətini maliyyələşdirməməsi çox real ehtimaldır.
Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi "Twitter"də dərc olunan gündəlik səhər kəşfiyyat icmalında bildiriolib.
"2023-cü ilin iyununda baş vermiş uğursuz üsyandan sonra Rusiya dövləti "Vaqner”in sahibi Yevgeni Priqojinin bəzi digər biznes maraqlarına qarşı hərəkətə keçib. Kremlin artıq qrupu maliyyələşdirməməsi real ehtimalı var”, deyə qeyd edilib.
Böyük Britaniyanın Müdafiə Nazirliyi Belarusun "Vaqner" xidmətlərinin potensial müştərisinə çevriləcəyinə inanır. Eyni zamanda, Müdafiə Nazirliyi qeyd edir ki, "Vaqner"in əhəmiyyətli qüvvələrinin saxlanması Belarusun təvazökar resursları üçün arzuolunmaz bir yük ola bilər.
Bülletendə iddia olunur ki, maliyyələşmənin kəsilməsi səbəbindən "Vaqner" xərcləri azaltmaq üçün işçilərini ixtisar etməyə və biznes proseslərini yenidən konfiqurasiya etməyə məcburdur.
Aydın