Xəbər lenti

Britaniya müdafiə naziri: Ordudakı problemlərimiz düşündüyümüzdən qat-qat artıqdır
Dünya 11:33 23.07.2024

Britaniya müdafiə naziri: Ordudakı problemlərimiz düşündüyümüzdən qat-qat artıqdır

Böyük Britaniyanın yeni müdafiə naziri Con Hili ölkənin Silahlı Qüvvələrinin vəziyyətinin qənaətbəxş olmadığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, onun bəyanatını Sky News telekanalı yayıb.

Hili qeyd edib ki, onilliklər ərzində ixtisar nəticəsində tükənmiş Britaniya silahlı qüvvələrinin vəziyyəti "düşündüyümüzdən də pisdir".

Britaniyanın yeni müdafiə rəisi hökumətin ötən həftə başlatdığı əsas müdafiə islahatlarına toxunaraq, silahlı qüvvələr üçün "yeni dövr” yaradacağını vəd edib.
O, əlavə edib ki, "qlobal təhlükələrin sürətlə artdığı” "həqiqətən də ciddi vaxtlardır”.

Nazir Ordu, Kral Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrindəki problemlərdən xəbərdar olduğunu bildirib: 

"Qüvvələrin köhnəlməsi, satınalmada israfçılıq, aşağı əhval-ruhiyyə, layiq olduqları xidmətlərdən istifadə edə bilməyən şəxsi heyətin və veteranların işə qəbulu və saxlanmasında böhran...”

Hökumətdəki iki həftədən sonra Hili qeyd edib ki, "biz indi də bu problemlərin düşündüyümüzdən daha böyük olduğunu görürük".

Hili daha əvvəl demişdi ki, NATO üzvləri alyansın ÜDM-in 2%-ni hərbi xərclərə ayırmaq məqsədini aşmalıdır.

O, həmçinin bildirib ki, yeni Leyborist hökuməti dövründə Böyük Britaniya Şimali Atlantika Alyansının Avropada aparıcı üzvü olacaq.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->