Xəbər lenti

Britaniya qırıcıları NATO hava məkanı yaxınlığında Rusiya təyyarələrini saxladı (FOTO)
Dünya06:45 15.06.2023

Britaniya qırıcıları NATO hava məkanı yaxınlığında Rusiya təyyarələrini saxladı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 14-də Böyük Britaniyanın "Tayfun" qırıcı təyyarələri NATO hava məkanı yaxınlığında Rusiyanın İl-20 və iki Su-27-lərini müşayiət etmək üçün Estoniya səmasına qalxıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin "Twitter” səhifəsində məlumat yayıb.
Ekspedisiya Hava Qanadı 140 (EAW) tayfun təyyarəsi NATO hava məkanı yaxınlığında uçan Rusiya Hərbi Hava Qüvvələrinə məxsus İl-20 Coot-A və iki Su-27 Flanker-B təyyarələrinin qarşısını almaq üçün bu gün günortadan sonra Estoniya səmasına qalxıb.
Britaniya Hərbi Hava Qüvvələrində qeyd edildiyi kimi, Rusiya təyyarələrinin uçuşu beynəlxalq standartlara cavab verməyib.
Britaniya ordusunun məlumatına görə, Rusiya təyyarəsi müvafiq FIR ilə əlaqə saxlamayıb.
Xatırladaq ki, iyunun 13-də bildirilmişdi ki, Estoniyadakı NATO qırıcıları bu həftəsonu Alyans ölkələrinin hava məkanı yaxınlığında Rusiya hərbi təyyarələrini "yaxalamaq” üçün üç dəfə qalxıb.
Alpər