Xəbər lenti

Britaniya Rusiya bombardmançılarına görə "Tayfun" qırıcılarını havaya qaldırdı
Dünya19:00 14.08.2023

Britaniya Rusiya bombardmançılarına görə "Tayfun" qırıcılarını havaya qaldırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniya Kral Hərbi Hava Qüvvələri (HHQ) avqustun 14-də səhər saatlarında Rusiya bombardmançılarının qarşısını almaq üçün "Tayfun" (Eurofighter Typhoon) çoxməqsədli qırıcılarının havaya qaldırıldığını bildirib. 
Qaynarinfo xəbər verir ki, buna səbəb Rusiya təyyarələrinin NATO-nun Şetland yaxınlığındakı Şimal Hava Patrul Zonasında uçması olub.
"Tayfun" qırıcıları Lossimutdakı RAF aerodromundan buraxılıb. Kəşfiyyat və sualtı qayıqlarla mübarizə üçün istifadə edilən Rusiya Tu-142 təyyarələri Böyük Britaniyanın şimalına uçarkən "Tayfun" tərəfindən izlənilib", deyə bildirilib.
Böyük Britaniya hökumətinin bəyanatında qeyd olunur ki, ölkənin uçuş məlumatı bölgəsinə daxil olan Rusiya təyyarələri hava hərəkəti dispetçerlərinin suallarına cavab vermədikləri üçün digər təyyarələr üçün təhlükə yarada bilərdi. Bundan əlavə, Rusiya təyyarələri tərəfindən unikal identifikasiya kodunun ötürülməsi zamanı siqnal tez-tez kəsilib.
Qeyd edək ki, Niderland da bu gün Rusiyanın iki bombardmançı təyyarəsinin ölkənin hava məkanına yaxınlaşdığını açıqlayıb. Daha sonra Rusiya Müdafiə Nazirliyi bildirib ki, uzaqmənzilli təyyarələr Baltik, Barents, Norveç, Şərqi Sibir, Çukçi, Bofort dənizləri və Şimal Buzlu okeanının neytral suları üzərində hava məkanında planlı uçuşlar həyata keçirib. Nazirlik bütün uçuşların hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara uyğun həyata keçirildiyini vurğulayıb.
Aydın