Britaniya hakimiyyəti Rusiya nümayəndələrinə Birləşmiş Millətlər Təşkilatının Birgə Pensiya Fondunun İdarə Heyətinin iclasında iştirak etmək üçün viza verməkdən imtina edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın qurumdakı daimi nümayəndəliyi məlumat
yayıb.
Onlar Londonun beynəlxalq öhdəlikləri pozduğunu və "BMT Baş Assambleyasının və FAO Konfransının müvafiq qərarlarına meydan oxuduğunu” bildiriblər.
Sessiya iyulun 23-dən 28-dək Londonda keçirilib. Rusiya Federasiyasının nümayəndələrinə BMT Baş Assambleyası və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Konfransı tərəfindən "bu idarəetmə orqanlarını təmsil etmək" səlahiyyəti verilib.
Bundan əvvəl ABŞ Rusiya nümayəndələrinə BMT-nin İnformasiya Texnologiyaları Təhlükəsizliyi üzrə Açıq İşçi Qrupunun sessiyasında iştirak etmək üçün viza verməyib.
Alpər