Britaniya Xarici İşlər Nazirliyi Krım körpüsünün partladılmasında iştirakını inkar edir.
Qaynarinfo xəbər verir ki, bu barədə nazirlik Reuters-ə şərhində
açıqlayıb.
Böyük Britaniya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının ittihamlarını "əsassız spekulyasiya” adlandırıb. "Və biz bunu əlavə şərh etməyəcəyik" – nazirlikdən Reuters-ə bildirilib.
Xatırladaq ki, ittihamları bir gün əvvəl, iyulun 17-də BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski səsləndirib. O qeyd edib ki, Rusiya Federasiyası "Qərbin, xüsusən də Britaniyanın kəşfiyyat xidmətlərinin bu terror aktının hazırlanmasında və həyata keçirilməsində nə dərəcədə iştirak etdiyini" hələ araşdırmalıdır.
Krım körpüsü bir gün əvvəl, iyulun 17-də yenidən partladılıb. O, ekipajsız suüstü nəqliyyat vasitələrinin köməyi ilə zədələnib. Rusiya insidentdə Ukrayna xüsusi xidmət orqanlarını günahlandırıb. Kiyev hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Nizami Bağırov