Xəbər lenti

Britaniya Rusiyaya qarşı sanksiyada düzəlişlər etdi: Səbəb Mars...
Dünya07:34 03.10.2019

Britaniya Rusiyaya qarşı sanksiyada düzəlişlər etdi: Səbəb Mars...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərə "ExoMars” 2020 missiyası çərçivəsində müəyyən növ uçuş əməliyyatlarına imkan yaratmaq üçün Rusiyaya qarşı sanksiyalarla əlaqəli ixrac qanunvericiliyinə dəyişiklik edib. 
Qaynarinfo bu haqda RT-yə istinadən xəbər verir. 
Qeyd olunur ki, "İxrac Qanunu”nda (Rusiya, Krım və Sevastopola qarşı sanksiyalar) AB-nin Baş Hərbi Siyahısına daxil olan mal və texnologiyalara təsir edən hissədə düzəliş edilib. Düzəlişdə göstərilir ki, missiya zamanı Rusiyaya müəyyən buraxılış qurğularında istifadə edilməsi üçün və ya bəzi peyklərə yanacaq doldurulması, sınaq və uçuşlar üçün nəzərdə tutulmuş bəzi maddələrin satılması, idxalı, çatdırılması Rusiya Federasiyasına qarşı sanksiyalar haqqında maddəyə əsasən, yalnız əvvəlcədən razılaşdırıldıqda həyata keçirilə bilər.
Sənəddə deyilir ki, bu düzəlişlər, Marsın öyrənilməsinin həyata keçirilməsinə imkan yaratmaq üçün zəruridir. 
Alpər